Qəza törədən “QAZEL” MAĞAZAYA GİRDİ, YARALANAN VAR

Lənkəranda yol-nəqliyyat qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Lənkəran-Boradigah şose yolunun rayonun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Binə Xocavar kənd sakini,  24 yaşlı Cavid Lazım oğlu Balakişiyevin idarə etdiyi “Qazel” markalı avtomaşın Lənkəran rayonunun Şağlaser kənd sakini, 1989-cu il təvəllüdlü Aqşin Ənnağı oğlu İbrahimovun idarə etdiyi “Mersedes” markalı avtomobillə toqquşub. “Qazel” daha sonra yolun kənarı ilə gedən piyada, Lənkəranın Şağlaser kənd sakini, 18 yaşlı  Səbuhi Ziyad oğlu Talıbovu vururaq yol kənarınakı dükana cırpılıb . Piyada Səbuhi Talıbov dərhal xəstəxanaya çatdırılıb və ona müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Yol polisinin əməkdaşları hadisə yerinə gələrək, qəza yerini müayinə ediblər. Qəzanın dəqiq səbəbləri isə avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv