Tramp Yəməndə öldürülən amerikan əsgərinin nəşini şəxsən qarşıladı
ABŞ prezidenti Donald Tramp Delaver ştatına səfər edib. APA TV-nin məlumatına görə, Ağ Ev rəhbəri ilk olaraq Hərbi Hava Qüvvələrinin bazasını ziyarət edib.
O, Yəməndə "Əl-Qaidə" qruplaşmasına qarşı əməliyyat zamanı öldürülən əsgərin cənazəsini qarşılamaq üçün aeroporta gəlib.
Bu, D.Trampın vəzifəsinin icrasına başladığı iki həftə ərzində ilk belə hadisədir.