“Azəravtoyol”: Yollar buzdan və qardan təmizlənib
Bakı şəhərinin küçə və prospektlərinin, eləcə də respublikanın avtomobil yollarının qardan və buzdan təmizlənməsi istiqamətində işlər aparılıb.
“Azəravtoyol” ASC-dən APA TV-yə verilən məlumata görə, ötən gecə və səhər saatlarında olduğu kimi, bu gün də yollara qar kürüyən, duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə cəlb edilib.
Atılmış addımlar nəticəsində nə Bakı şəhərinin “Azəravtoyol” ASC-nin balansında olan küçə və prospektlərində, nə də respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı problem müşahidə olunmayıb.