Astanada Suriya ilə bağlı növbəti danışıqlar olacaq
Suriyanın taleyi fevralın 6-da Astanada keçiriləcək görüşdə həll olunacaq.
APA TV-nin məlumatına görə, Qazaxıstanın xarici işlər naziri Suriyada atəşkəs razılığı üçün Türkiyə, Rusiya və İran nümayəndələrinin Astanada görüşəcəyini açıqlayıb.
Müzakirələrə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan De Misturanın qatılacağı gözlənilir.
Fevralın 1-də BMT nümayəndəsi gözlənilən görüş barəsində məlumat vermişdi. Eyni zamanda Steffan De Mistura da fevralın 6-da görüşlərin keçiriləcəyi barədə açıqlama vermişdi.