BQXK nümayəndələri Elnur Hüseynzadə ilə görüşəcək
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ermənilərin əlində olan Azərbaycan vətəndaşı Elnur Hüseynzadə ilə bağlı məlumatları diqqətlə izləyir.
Bu sözləri APA-ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, məlumatlar təsdiq olunarsa, BQXK öz mandatına uyğun olaraq saxlanma şəraiti və rəftarı monitorinq etmək və ona ailəsi ilə əlaqə qurmaq imkanı yaratmaq üçün saxlanan şəxsə baş çəkməyə hazırdır.