Makkeyn Trampa: "Ukraynaya silah ver!"
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Con Makkeyn Donald Trampa müraciət edib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, müraciətində o, ABŞ prezidentini Rusiya tərəfindən edilən hücumlara qarşı Ukraynanın silahla təchizatına yardım etməyə çağırıb.
Məktubunda C. Makkeyn prezidenti 2017-ci ilin müdafiə büdcəsini müəyyənləşdirən Milli Müdafiə haqqında qanundan istifadə etməklə, Ukraynanın separatçıların və Rusiya tərəfinin hücumlarından qorumağa dəvət edib.
Sabiq prezident Barak Obama tərəfindən imzalanan 2016-cı ilin büdcəsində Kiyevin silahla təchizatına 300 milyon dollar ayrılsa da, silahlar bu ölkəyə çatdırılmayıb. Əvəzində həmin ilin yayında Ukrayna ABŞ-dan "Raven RQ-11B" pilotsuz uçuş aparatları idxal etsə də, onlar qarşı tərəfdən sürətlə aşkarlanıb məhv edildiyi üçün ümidləri doğrultmayıb.