Arif Rəhimzadə: "Rəsmi Moskva hadisələrin qarşısını almaqda acizdir"

"Rusiya da baş verən son olaylar iki ölkə arasındakı münasibətlərə mənfi təsir edir".

 

APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Arif Rəhimzadə deyib. Onun sözlərinə görə, rəsmi Moskva ölkə daxilində cərəyan edən hadisələrin qarşısını almaqda acizlik çəkir: "Ancaq iş burasındadır ki, bu Rusiya hakimiyyətini fəaliyyəti nəticəsində deyil. Mən deyərdim ki, onun bu işlərdə müəyyən qədər acizliyi nəticəsində yaranan bir haldır. Rusiya rəhbərliyi başa düşür ki, bu olan şey deyil. Rusiya Azərbaycan münasibətləri həmişə yaxşı olub, isti olub. bu münasibətlər hər iki dövlətə lazımdır".

 

Millət vəkili həmçinin, Azərbaycanın Gömrük Şurasına qoşulmaq üçün əsas tələb barədə də məlumat verdi: "Mən hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsini həll etmədən Gömrük Şurasına qoşula bilmərik. Hazırda gündəlikdə belə bir məsələ yoxdur və bu təbiidir. Ermənistan olan bir yerdə biz birgə iqtisadi fəaliyyətlə məşğul ola bilmərik”.

 

Komitə sədri JEK-lərin ləğv edilməsindən də danışıb. O qeyd edib ki, Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunarkən orada JEK-lərin adı qeyd edilməyib və güman ki, yaxın vaxtlarda JEK-lər həyatımızdan tamamilə çıxardılacaq.

Müəllif | Apa.Tv