Xamneyi: “ABŞ-a cümə günü layiqli cavab verəcəyik”
"ABŞ-a cavabımızı cümə günü, İran İslam İnqilabının ildönümü tarixində görəcəksiniz". APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, belə bir açıqlama ilə İranın dini lideri Ayətullah Əli Xamneyi çıxış edib.
Xamneyi ABŞ -ın yeni prezidenti Donald Trampın ölkəsinin əleyhinə ünvanladığı bəyanatlara sərt qarşılıq verib: "Vaşinqton istəyir ki, biz onlardan qorxaq. Buna cavabımız qətidir - heç vaxt!"
Dini lider bu bəyanatları açıq təhdid kimi qəbul etdiklərini vurğulayıb və əlavə edib ki, heç bir düşmən İranı iflic etmək gücünə malik deyil.
Xatırladaq ki, fevralın 10-da İranda İslam İnqilabının 38-ci ildönümü qeyd ediləcək.