Gəncədə park edilən avtomobil anidən yandı
Gəncədə minik avtomobili yanıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, şəhərin Sadik Rəhimov küçəsində 1994-cü il təvəllüdlü Quliyev Rəşada məxsus “OKA” markalı avtomobil anidən alışıb.
Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsini bir yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, avtomobil yararsız hala düşüb.