Cəbhədə düşmənin bir hərbçisi məhv edildi, biri yaralandı
Cəbhədə təxribat törətməyə cəhd edən Ermənistan ordusu itki verib. APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, düşmənin bir hərbçisi məhv edilib, biri yaralanıb.
Birinci insident fevralın 8-də, saat 11:00 radələrində təmas xəttinin şimal istiqamətində qeydə alınıb.
Ermənistan ordusunun müddətdən artıq xidmət keçən, 1979-cu il təvəllüdlü hərbçisi Geqam Qenrixoviç Manukyan Azərbaycan Ordusunun cavab atəşi ilə öldürülüb.
İkinci insident isə 1 saat sonra, təmas xəttinin şimal-şərq istiqamətində baş verib. Düşmən ordusunun əsgəri, 1988-ci i təvəllüdlü Karyun Kamoyeviç Kirakosyan yaralanıb.
Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi bu gün cəbhədə Ermənistan ordusunun bir neçə istiqamətdə təxribat törətmək cəhdi ilə bağlı məlumat yayıb, düşmən tərəfin itki verdiyi bildirilib.