Qızı ilə dalaşan ANA ÖZÜNÜ YANDIRDI, ÜÇ KÖRPƏ YİYƏSİZ QALDI

Gəncədə 44 yaşlı qadın özünü yandırıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Adilxan Ziyadxanlı küçəsində yerləşən Toxuculuq kombinatının 4 saylı yataqxanasında baş verib. Gəncə şəhər sakini Gülnarə Mahmudova üzərinə ağ neft tökərək özünü yandırıb. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir.

 

Həkim Şahin Quliyev deyib ki, bədənin 50-60 faizi yanıb, sifət, boyun, sinən, yuxarı ətraflarda yanıq xəsarətləri var.

 

APA TV-nin əməkdaşı hadisənin baş vermə səbəbləri ilə maraqlanıb. Qadının həyat yoldaşının verdiyi məlumata görə, hadisəyə səbəbə Gülnarə Mahmudovanın 21 yaşlı qızı Ceyhunə Rəfiyevlə mübahisə etməsi olub: "Evə pul gətirmir evə. Anası da bezib. Uşaqlara baxa bimir. Gündə anasını döyür. Qonşular da şikayətçidir".

 

Qadının qızı Ceyhunə Rəfiyeva azyaşlı 3 uşağını otaqda tək qoyaraq çıxıb gedib. Qonşuların bildirdiyinə görə, natəmiz şəraitdə yaşayan uşaqlara baxan yoxdur: Uşaqla maraqlanmır. Anası ilə dalaşır. Gecə səhərə yata bilmirik".

 

Hazırda üç uşağa qonşular baxır, kimisi çörək alır, kimisi yemək gətirir. Kimisi də uşaqların əynini dəyişirlər. Doğrudan da belə bir şəraitdə yaşamaq çox çətindir. Uşaqların vəziyyəti ilə bağlı artıq Kəpəz Rayon Polis İdarəsinə müraciət olunub. Hazırda uşaqların yerləşdirilməsi ilə bağlı işlər aparılıb. 

 

Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov