Komitə sədri qəbul keçirdi

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Qubada vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, görüşdə Quba, Xaçmaz, Qusar, Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarından olan sakinlər iştirak ediblər. Vətəndaşların əksəriyyəti aqrar islahatlar zamanı yol verilən nöqsanlar, həyatyanı sahələrinin meşə fondunun ərazisinə düşməsi və digər onları narahat edən problemlərin həlli üçün  komitə sədrinə müraciət edib. Həyatyanı torpaq sahələrinin özəlləşdilməsi,Rusiya və digər xarici ölkələrdə yaşayan şəxslərin torpaq islahatları zamanı adlarının yerli aqrar islahat komissiyası tərəfindən səhv siyahıya alınması da müraciətlərin əsasını təşkil edib. Bəzi vətəndaşların müraciətləri elə yerindəcə həll edilib. Bəzi mübahisəli məsələlər  isə yenidən araşdırılması üçün aidiyyatı qurumlara göndərilib.

 

Müəllif | Apa.Tv
Vəli Turan