Siyəzəndə 35 yaşlı kişini maşın vurub
Fevralın 8-də axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Siyəzənin Ağbaş kəndi ərazisində qeydə alınıb. "Suzuki" markalı avtomobil piyada 1982-ci il təvəllüdlü Həsənov Tural Turab oğlunu vurub. Ağır bədən xəsarətləri alan piyada Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu və əməliyyat olunduğu bildirilir.
Fakt araşdırılır.