Gəncədə İki yük maşını toqquşdu, bir nəfər ağır yaralanıb
Gəncədə gecə saatlarında iki ağırtonnajlı yük maşını toqquşub. Hadisə şəhərin Nizami və Şah İsmayil Xətai prospektlərinin kəsişməsində qeydə alınıb. Daşkəsən rayon sakini, 44 yaşlı Fəxri Məmmədov idarə etdiyi yük maşını ilə prospektlə Şəmkir yolu istiqamətində hərəkədə olarkən Kəlbəcər rayon sakini 37 yaşlı Yasin Abdullayevin idarə etdiyi ağırtonajlı "KamAZ"la toqquşub. Qəza nəticəsində toqquşma o qədər güclü olub ki, yük maşınlarından biri tamamilə yararsız hala düşüb. Hadisə şahidlərinin dediklərinə görə, qəzaya əks istiqamətdə hərəkətdə olan avtomaşınlardan birinin işıqforun qırmızı işığının tələbinə əməl etməyərək, dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Toqquşan maşınlardan birinin sürücü Yasin Abdulayev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
APA TV-nin xəbərinə görə, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekispertizanın rəyindən sonra bəlli olacaq.