Bakı ləhcəsində danışan, nitqi anlaşılmayan aparıcılar - MONİTORİNQ

Teleradio verilişlərində dil qüsurları ilə bağlı aparılan monitorinqin sentyabr-oktyabr ayları üzrə nəticələri açıqlanıb. Monitorinq AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Milli Televiziya və Radio Şurasının mütəxəssisləri tərəfindən aparılıb. Əsas məqsəd teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilib-edilmədiyini araşdırmaqdır. 

 

APA TV-nin xəbərinə görə, Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev dedi ki,  Azərbaycan televiziya məkanında nitqin təmizliyini pozan hallara rast gəlinib: “Əfsuslar olsun ki, bir çox hallarda efirə dəvət edilən qonaqların adı və titulu belə üzündən oxunaraq tamaşaçıya təqdim edilir. “Günəbaxan” verilişinin aparıcısı İlqar Mikayıloğlunun nitqi xalis Bakı dialektindədir. ATV-nin “İdman xəbərləri”nin aparıcısı Sənan Şəfizadənin nitqi aydın deyil. O, bəzi hecaları tələffüz etmir. “ATV Olay”ın aparıcısı Mətanət Əliverdiyeva efirdə çox gərgin danışır. “Space” TV-nin “Hər səhər” proqramı sanki azyaşlı uşaqların yığıncağıdır. Həmin verilişin aparıcısı Əlifin nitqi çox bəsitdir”.

 

Qafar Cəbiyev bildirdi ki, dövlət proqramı bütövlükdə 2013-2020-ci illəri əhatə etsə də, Bədii Şuraların yaradılması 2013-cü ildə başa çatdırılmalıdır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova