Lənkəranda uşaq mağazası külə döndü
Lənkəranda uşaq mağazası əşyaları ilə birlikdə yanaraq kül olub
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Qala xiyabanı küçəsi ilə Bala Məmməd küçəsinin kəsişməsində yerləşən şəhər sakini Raqib Mehdiyevə məxsus mağazada baş verib.
Dərhal hadisə yerinə Lənkəran yanğından mühafizə hissəsinin texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Mağazada olan uşaq geyimlərinin az bir hissəsi yanğından mühafizə edilib. Sahibkara xeyli ziyan dəyib.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.