Dubay şeyxi İstanbulda spirtli içki satacaq
Dubay şeyxi İstanbulda içki satacaq. APA TV-nin məlumatına görə, illərdir heç bir yerə içki sənədi verməyən AKP-li Üsküdar Bələdiyyəsi Əl Maktumun "Emaar Square" proyektinin olduğu sahəni "içkili yerlər" siyahısına salmaq üçün fəaliyyətə keçib.
Şeyxin Ünalan məhəlləsində yerləşən layihə yaşayış və ticarət mərkəzindən ibarətdir. 2018-ci ildə tamamlanacaq layihənin ərazisində yerləşən tikililərdə içki satılacaq. Bunun üçün sənədlər artıq hazırlanıb, məclisə təqdim olunacaq.