Bahar Muradova: "Obyektiv münasibət olsaydı, bu məsələ həllini tapardı"
"Ermənistanın Azərbaycana qarşı siyasəti bəllidir. Ermənilərin ölkəmizə qarşı təcavüzü ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq lazımdır".
APA TV-nin xəbərinə görə, bu fikirləri “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimatında çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
O bildirib ki, ermənilərin Azərbaycana etdikləri ilə bağlı obyektiv münasibət olsaydı, bu məsələ həllini tapmış olardı: “Ermənistanın havadarları bu işdə qeyri-obyektiv münasibət sərgiləyir".
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə hazırlanıb.