Bakıda BMW “Lexus”la toqquşdu - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR

Ötən gecə saat 02.00 radələrində Bakıda zəncirvarı yol qəzası baş verib. Azadlıq prospekti ilə şəhər mərkəzinə doğru yüksək sürətlə hərəkət elən BMW markalı avtomobilin sürücüsü qəflətən idarəetməni itirib. Nəticədə maşın yol kənarında dayanan “Lexus” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Lexus” yerindən tərpənib və qarşıda dayanan “Mercedes”ə dəyib.


Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən sürücü avtomobildən düşüb və bir qədər sonra aradan çıxıb. Onun Türkiyə vətəndaşı olduğu bildirilir.

Qəza nəticəsində xəsarət alan olmayıb. Amma həm “BMW”yə, həm də “Lexus”a ciddi, “Mercedes”ə isə cüzi ziyan dəyib. Nəsimi Rayon Polis İdarəsinin hadisə yerinə gələn əməkdaşları faktla bağlı araşdırma aparır.

 

Müəllif | Apa.Tv