Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunub - SƏRƏNCAM
Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilməsi haqqında sərəncam imzalayıb.
APA TV-nin xəbərinə görə, sərəncama əsasən onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
Prezidentin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.