Hərracda dollar 1,73 manatdan aşağı düşdü
Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7296 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 0,3% möhkəmlənib.
Qeyd edək ki, dolların rəsmi məzənnəsi bu gün üçün 1,7301 səviyyəsində müəyyən edilib.