Əl-Babda İŞİD-in bombalı hücumu baş tutmadı
İŞİD Suriyanın Əl-Bab vilayətində yerləşən Türk Silahlı Qüvvələrinin hərbi bazasına bomba yüklənmiş avtomobillə hücuma cəhd göstərib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Azad Suriya Ordusu döyüşçülərinin cavab atəşi açması nəticəsində 8 terrorçu məhv edilib.
Hadisədə həmçinin avtomobildə olan iki İŞİD üzvü özünü partladıb. Partlayış zamanı Azad Suriya Ordusunun 7 əsgəri həlak olub.
Türkiyə Baş Qərargahından verilən açıqlamada partlayışın türk əsgərlərinin dislokasiya edildiyi ərazidən kənarda baş verdiyi, hərbçilər arasında itkilərin olmadığı bildirilib.