Bakıda və rayonlarda qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bakı və Abşeron yarımadasında fevralın 16-da gün ərzində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 2 dərəcə dək isti, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Fevralın 16-sı gündüzdən 17-si axşamadək Bakı və Abşeron yarımadasında hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Fevralın 16-sı gündüz və 17-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.