Gəncədə dönərxana partladı
Gəncədə dönərxanada partlayış olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə şəhərinin Nizami prospektində yerləşən dönərxanada qeydə alınıb.
Məişətdə istifadə olunan qaz balonunun partlaması nəticəsində 36 kv. m sahəsi olan dönərxananın 6 kv. m ərazisi yanıb. Hadisə yerində cəlb edilən Gəncə şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri yanğının qarşısını alıb və yanğın söndürülüb.
Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.