Dolların məzənnəsi 1,73 manatı ötdü
Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
APA TV-nin məlumatına görə, hərracda manatın məzənnəsi 1,7351 səviyyəsində formalaşıb. Beləliklə, manat bugünkü hərracda 0,3 faiz zəifləyib.
Qeyd edək ki, AMB dolların rəsmi məzənnəsini bu gün üçün 1,7296 səviyyəsində müəyyən edib.