Ucarda “Kamaz” piyadanı vurdu - ÖLÜM HADİSƏSİ

Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bədbəxt hadisə ötən gecə saat 22:40 radələrində Bakı-Qazax-Yevlax yolunun 245 km-də Ucar rayonun “dörd yol” adalanan ərazisində qeydə alınıb. 53 yaşlı Gədəbəy rayon sakini Əkinçi Hüseynov idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə yolu keçmək istəyən 41 yaşlı Ucar rayon Rəstəcə kənd sakini Malik Məmmədovu vurub.

Hadisə nəticəsində yaralanan Malik Məmmədov dərhal Ucar rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxananın həkimi Gündüz Qasımov yaralıya intensiv yardım göstərildiyini deyib. Lakin bütün cəhdlərə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı BDYPİ-nın İstintaq və tədqiqat şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov