Taxta sexindən başlayan yanğın evə keçdi
Gəncədə taxtda sexində yanğın baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Nizami rayonunda, Bəxtiyar Əliyev və Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində, ümumi sahəsi 210 kv. m olan, birmərtəbəli tikilidə qeydə alınıb.
Şəhər sakini, 48 yaşlı Mehman Həsənova məxsus ümumi sahəsi 35 kv. m olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində olan 2 kubmetr taxta və 6 ədəd dəzgahın elektrik naqilləri yanıb.
Alov 33 yaşlı Namiq Məmmədova məxsus ümumi sahəsi 50 kv. m olan 2 otaqlı yaşayış evinə də keçib. Evin bir otağı, mətbəxi və hamamı yararsız hala düşüb. Yanğın bitişik inşaat malları mağazasına da ziyan vurub, 2 min manatlıq material yanıb.
Xəsarət alan yoxdur. İlkin ehtimala görə, hadisəyə naqillərdə yaranan qısaqapanma səbəb olub.