Rejissor Şahin Zəkizadə vəfat etdi
Rejissor Şahin Zəkizadə vəfat edib. Bu barədə APA TV-yə Ş.Zəkizadənin xalası oğlu Aqil Adiloğlu məlumat verib.
O bildirib ki, Ş.Zəkizadə sabah Maştağada yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Ş.Zəkizadə qan xərçəngindən əziyyət çəkirdi.