Balakəndə Dövlət Bayrağı Günü- TƏDBİR
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra məktəblilər, rayon gəncləri və idmançılar Balakənin ən uca zirvəsində yerləşən Heydər Əliyev heykəlinin yanından rayonun mərkəzi prospekti və küçələri ilə yürüş keçiriblər.
Bayram tədbiri rayon mədəniyyət evində davam etdirilib. Tədbirdə çıxış edən Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev iştirakçıları bayram münasibətilə təbrik edərək, hər bir xalqın tarix boyu əldə etdiyi ən müqəddəs nemət olan milli müstəqilliyin mahiyyət və məzmununun onun dövlət rəmzlərində əksini tapdığını, Azərbaycanın milli düşüncəsində də bayrağa münasibətin tarix boyu özünü göstərdiyini bildirib.
Tədbir rayon mədəniyyət şöbəsinin özfəaliyyət kollektivlərinin hazırladıqları bayram konserti ilə davam etdirilib.