Cəlilabadda ağır yol qəzası: ANA VƏ QIZI YARALANDI

Cəlilabadda daha bir yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 45 yaşlı Vüqar Nuruyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Yardımlı rayon sakini Aydın Kazımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil hərəkət zolağından çıxaraq yolun kənarına yuvarlanıb. Nəticədə “VAZ-21011” markalı avtomobildə olan sürücünün həyat yoldaşı, 43 yaşlı Rahilə Nuruyeva və onun azyaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

İlkin versiya kimi qəzanın “VAZ-2197” markalı avtomobilin sürücüsünün otmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv