Zaqatalada 80 yaşlı kişi yanaraq öldü
Zaqatalada yanğın olub. APA TV-nin xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Ümumi sahəsi 56 kv. m olan tikilidə baş verən yanğın söndürüldükdən sonra sobanın üstündən yanmış kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1937-ci il təvəllüdlü Rəsul Musa oğlu Musayev olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.