Bakı-Qazax yolunda “VAZ-2106” “KamAZ”la toqquşdu
Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə yolun Qazax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2106” və “KamAZ” markalı yük avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.