Mosul əməliyyatında 60 min hərbçi iştirak edir
İraqda Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün fevralın 19-da başlayan əməliyyata 60 minə yaxın əsgər cəlb edilib. Bunu İraq ordusunun 9-cu briqadasının generalı Muhsin əl Kureyşi bildirib. Onun sözlərinə görə, əməliyyat Mosulun qərbinin azad edilməsi üçün keçirilir.
Beynəlxalq koalisiyanın iştirakçıları - ABŞ, İngiltərə, Kanada və Fransa qırıcıları da əməliyyata havadan dəstək verir. Qırıcılar İŞİD-in Mosuldakı mövqelərinə zərbələr endirir.