Nəqliyyat müfəttişləri reyd keçirib

"Nəqliyyat Nazirliyinin əməkdaşları Cəlilabadda və Ələt-Astara magistral yolunda reyd keçiriblər". APA TV-nin xəbərinə görə, reyd zamanı qanunsuz taksi və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər yoxlanılıb. Yoxlama zamanı lisenziyası və digər sənədləri qaydasında olanlarla yanaşı,  üzərində yük daşımalara dair heç bir sənədi olmayanlar da aşkarlanıb. Eyni zamanda qanuna tabe olmaq istəməyən sürücülərə də rast gəlinib. Lisenziyası olmayan bəzi sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb. Yük maşınlarının sürücülərindən bir neçəsi  müfəttişlərin “Dayan!” əmrinə məhəl qoymayaraq yollarına davam ediblər.

 

Bununla belə,  qanunsuz taksi və yükdaşıma fəaliyyəti ilə məşğul olan 20-dən çox sürücü yerindəcə protokol tərtib edilməklə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cərimələnib. Qeyd edək ki, bir saatdan çox davam edən reyd zamanı 50-yə yaxın sərnişin və yük maşını saxlanılıb, 20-dən çox sürücü qanuna müvafiq cərimə olunub.

 

Müəllif | Apa.Tv