Bir gecədə eyni yerdə dörd maşın qarət edildi
Bakıda eyni yerdə bir gecədə 4 avtomobil qarət olunub. APA TV-nin məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Rahib Məmmədov küçəsindəki 22 saylı binanın qarşısında baş verib. Gecə saatlarında 3-4 nəfərdən ibarət olduğu ehtimal edilən qrup avtomobillərin şüşələrini sındıraraq içərisindən oğurluq edib. Əvvəlcə avtomobillərin yan şüşələrini silərək içinə baxış keçirən şəxslər daha sonra avtomobillərə daxil olublar. Oğrular ümumilikdə 4 avtomobilə ziyan vurublar.
Avtomobillərdən oğurluq etdikdən sonra həmin şəxslər təpiklə maşınları əziblər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə məlumat verilib. Hadisə yerinə gələn əməliyyatçılar əl-barmaq izlərini götürüblər. Hazırda naməlum şəxslərin yaxalanaraq istintaqa verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.