Bu gün hansı çərşənbədir? - SORĞU
Bu gün baharın müjdəçiləri olan Novruz çərşənbələrindən ilki - Su çərşənbəsidir. Novruz bayramı ərəfəsində çərşənbələrin qeyd olunması, onların hərəsinə müxtəlif adların verilməsi təbiətin canlanmasına təsir göstərən dörd ünsür - su, od, torpaq və küləklə bağlıdır. Hər çərşənbənin isə özünəməxsus adət-ənənələri var. Bu ənənələr ölkəmizdə indiyədək qorunub saxlanılır.
Bəs görəsən, paytaxt sakinləri Novruz çərşənbələrindən ilkinin hansı olduğunu bilirmi?