Səudiyyə Ərəbistanı: Suriyaya hərbi kontingent göndərməyə hazırıq
Səudiyyə Ərəbistanı İŞİD terror təşkilatı ilə mübarizə məqsədilə Suriyaya hərbi kontingent göndərməyə hazırdır.
APA TV-nin məlumatına görə, bu fikri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr "Süddeutsche Zeitung" qəzetinə verdiyi açıqlamada bildirib.
"Səudiyyə Ərəbistanı və Körfəz ölkələri xüsusi birlikləri ilə ABŞ-ın yanında yer almağa hazır olduğunu bəyan edib. Ayrıca İslam koalisiyasında bəzi ölkələr də terrorizm və radikalizm ilə mübarizəyə birlik göndərməyə hazırdır" - deyə o qeyd edib.
Əl-Cubeyr əvvəlcə İŞİD-in nəzarətindəki torpaqları geri almaq, eyni zamanda azad edilən ərazilərin "Hizbullah", İran və ya rəsmi Dəməşqin nəzarətinə keçməsini önləmək lazım olduğunu bildirib.
Planın yaxın vaxtlarda baş tutacağı güman olunur.