Zaqatalada yeni inzibati bina açıldı
"Azəriqaz" İstehsalat Birliyinin Zaqatala rayon Qaz İstismar Sahəsinin yeni inzibatı binası istifadəyə verilib. APA TV-nin xəbərinə görə, açılış mərasimində "Azəriqaz" və rayon icra hakimiyyətinin rəsmi nümayəndələri, eləcə də yerli sakinlər iştirak ediblər. Tədbirdə qeyd edilib ki, 330 kv. metr sahəsi olan Zaqatala rayon Qaz İstismar Sahəsinin inzibati binasının birinci mərtəbəsində 8 iş otağı, yeməkxana, Qəza Dispetçer Xidməti, ikinci mərtəbədə isə 12 iş otağı və akt zalı yerləşir. Ərazidə nəzarət-buraxılış məntəqəsi, içməli və yanğından mühafizə üçün su anbarları inşa edilib. Həmçinin, inzibatı binanın həyətində işçilərin istirahəti üçün oturacaqlar quraşdırılıb. Sahəsi 90 kv. metr olan daha bir anbar tikilib.