Yaxın iki gün ərzində hava sabit keçəcək

APA TV-nin məlumatına görə, yaxın iki gündə noyabrın 11-i və 12-də ölkə ərazisində hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir:

 

"Bəzi rayonlara əsasəndə dağlıq və dağətəyi  rayonlarda qısa müddətli yağış yağma ehtimalı var. Temperatur aran rayonlarında 15 -20 dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək".

 

Paytaxta və Abşeron yarmadasına gəlincə 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dəyişkən buludlu olcağı, arabir tutulub açılacağı gözlənilir. Mülayim cənub küləyi  üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu gündüz saatlarında 14-18 dərəcə isti təşkil edəcək. Bu cür bu hava şəraiti meteohəssas insanlarda diskonfort hissi yaratmayacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova