Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən yol tikilir
Azərbaycan prezidenti İlham Əliyevin Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamının icrasına başlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisinə start verilib.
“Azəravtoyol” ASC tərəfindən tikilən yolun uzunluğu 50 kilometrdir. Yolun tikintisi zamanı su ötürücü boruların və mal-qara üçün yeraltı keçidlərin quraşdırılması da nəzərdə tutulur. Tikintinin 2018-ci ilin dekabr ayında başa çatdırılması gözlənilir.