Bakıda 23 yaşlı gənc boğularaq öldü
Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində dəm qazından ölüm faktı qeydə alınıb.
APA TV-nin məlumatına görə, hadisə qəsəbənin 11-ci Mədən deyilən ərazisində baş verib.
1994-cü il təvəllüdlü Rüstəmli Fuad hamam otağında dəm qazından zəhərlənib.
Zəhərlənən şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılarkən, yolda keçinib.
Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa göndərilib.
Faktla bağlı araşdırma aparılır.