Abşeronda yolu keçmək istəyən qadını maşın vurdu
Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə Məhəmmədi kəndi ərazisində, Məhəmmədi-Kürdəxanı yolunda qeydə alınıb.
29 yaşlı Əhmədova Vüsalə Nəriman qızı ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.