İŞİD iki türk hərbçisini öldürdü
Suriyanın şimalında iki türk hərbçisi şəhid olub.
APA TV-nin məlumatına görə, hadisə Əl-Bab şəhərinin Tadif bölgəsində baş verib. İŞİD terror təşkilatının partlayış törətməsi nəticəsində iki türk hərbçisi həyatını itirib, üç hərbçi yaralanıb.
Hərbçilər partlayıcı və bombaların təmizlənməsi ilə məşğul olurmuş. Yaralı hərbçilər xəstəxanaya çatdırılıb.