Saatlıda yük maşını aşdı, sürücü öldü
Saatlıda yük avtomobili aşıb, sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə fevralın 24-ü saat 20.00 radələrində Hacıqabul-Horadiz yolunun Saatlı ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı sakini, 54 yaşlı Əliyev İlham Yusif oğlu idarə etdiyi yüklə dolu “KamAZ” markalı avtomobili yoldan çıxaraq dəmir yolunun beton konstruksiyalı elektrik dirəyinə çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sinxron: DYP inspektoru Elməddin Savalanov
Zərbənin təsirindən beton konstruksiyalı dirək aşıb, naqillər qırılıb. Dəmir yol təsərrüfatına ciddi ziyan dəyib. Elektrik qatarlarının hərəkətindən fasilə yaranıb.