Əli Həsənov: "Mehriban Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə sirayət edəcək"
“Mehriban Əliyevanı birinci vitse-prezident təyin edilməsi münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətimizə, millətimizə qarşıdakı illərdə töhfələr verəcək”.
APA TV-nin xəbərinə görə, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, bu təyinat nəticəsində dövlət idarəçiliyində dinamizm müşahidə olunacaq: "Xaraktercə dinamik insan olan Mehriban Əliyevanın xarakterinin dövlət idarəçiliyinə sirayət edəcəyinin şahidi olacaqsınız".