Lənkəranda qadın narkobaron yaxalandı
Lənkəran polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi zərərsizləşdirib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Həşimova Zəmanət Sahib qızının üzərindən 720 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. APA TV-nin xəbərinə görə, əməliyyat Lənkəran şəhərinin Ləvəngi dairəsində keçirilib. Belə ki, Bakı şəhər sakini 50 yaşlı Həşimova Zəmanət sahib qızının üzərinə baxış keçirilərkən əlində olan torbanın içərisində 4 ədəd sarıkök sellofanında narkotik vasitə olan heroin aşkarlanıb. Baş müstəntiq Famil Həsənov deyib ki, qadınından 719 qram narkotik vasitə aşkar edilərək götürülüb: " Həmin şəxs şübhəli şəxs qismində tutulub, barəsində Lənkəran rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. Vətəndaş Həşimovanın deməsinə görə, əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə bir dəfə məhkumluq həyatı keçirib".
Tutulan şəxs ilkin istintaqa ifadəsində həmin narkotik vasitəni tanımadığı İran vətəndaşndan aldığını bildirib. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq Zəmanət Həşimovanın kimlərlə əlaqəli işlədiyini araşdırır.