16 yaşlı təcrübəli oğru yaxalandı

Lənkəranda 16 yaşlı oğlan oğurluq faktına görə yaxalanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, 16 yaşlı Rafət Nuriyev həbs edilib. O, uzun müddətdən bəri şəhər və rayon ərazisindəki mağaza və dükanlardan nağd pul və müxtəlif növ ərzaq məhsulları talamaqla məşğul olub. Polisin həyata keçirdiyi növbəti əməliyyat tədbiri zamanı Rüfət Nuriyev mərkəzi şəhər bazarındakı dükanların birindən növbəti oğurluq hadisəsini törədərkən yaxalanıb. İstintaqa verdiyi ifadəsində Rafət Nuriyev “Xəzər Lənkəran” futbol klubunun fanatı olduğunu, oğurladığı “qəniməti” də məhz fanat dostları üçün xərclədiyni bildirib.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv