Gürcüstan patriarxının möhürünü oğurladılar
Gürcüstanın patriarxı II İlyanın faksimili və möhürü oğurlanıb.
APA TV-nin məlumatına görə, bu barədə məlumat patriarxın dəftərxanasından verilib.
Mənbənin sözlərinə görə, bu addım həmin vaxt Almaniyada müalicə olunan patriarxın vəfat edəcəyi təqdirdə dərhal onun adından saxta vəsiyyətnamənin tərtibi və sələfinin elan olunması məqsədi daşıyıb.
Qeyd edək ki, II İlya fevralın 2-də ölkəni tərk edərək əməliyyat olunmaq üçün Almaniyaya gedib.