Şəhid hərbçilərimizin nəşi döyüş meydanından götürüldü
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.
APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.