Qadın əri ilə əlbir olub, 60 MİNLİK QIZIL OĞURLADI
Sabirabadda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. APA TV-nin xəbərinə görə, rayonun Axtaçı kənd sakini Zeynal Əlişovun yaşadığı evdən oğurlanan seyfdə 60 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları və rəsmi sənədlər olub.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metal seyfi oğurlayanın Hacıqabul sakini, 1987-ci il təvəllüdlü Qarayeva Gülnarə Mətləb qızının olduğu müəyyən edilib. İstintaqa məlum olub ki, bu işdə Gülnarəyə əri Allahverdi Kərimov, qaynanası İradə və baldızı Arzu kömək ediblər.
Saxlanılan şəxs polisə etirafında deyib ki, oğurladığı qızıl-zinət əşyaların bir qismi Bərdə, Şirvan və Bakı şəhərində bir neçə şəxsə satılıb. Qalanları isə Sabirabad polisi tərəfindən müsadirə olunaraq, maddi sübut kimi götürülüb.